“İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib”.
İctimai Rəy xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Zvezda” telekanalına danışıb.
“Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik. İstənilən halda detalları başa düşmək çox vacibdir. Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”, – deyə Peskov bildirib.
Qeyd edək ki, Nikol Paşinyan Fransa mediasına müsahibəsində Ermənistanın KTMT-dəki üzvlüyünü dondurduğunu açıqlayıb.\\musavat.com\\