Ukrayna Silahlı Qüvvələri F-16 qırıcılarından Rusiya ərazisinə zərbələr endirə biləcək.
İctimai Rəy xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Ukraynanın hər bir müttəfiqi qırıcıların Kiyevə verilib-verilməməsinə özü müstəqil qərar verəcək:
“Bununla belə, Ukrayna ordusu təhvil verilmiş bütün F-16-lardan Rusiyanın qanuni hərbi obyektlərinə hücumlar da daxil olmaqla, özünümüdafiə üçün istifadə edə biləcək”.
Baş katib qeyd edib ki, Kiyevin bütün müttəfiqləri F-16-ların tez bir zamanda verilməsini istəyirlər, lakin pilotlar və texniki heyət yaxşı təlim keçərsə, qırıcıların təsiri daha çox olacaq.\\axar.az\\