Türkiyənin beşinci nəsil qırıcısı KAAN ilk uçuşunu həyata keçirib.
İctimai Rəy xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Uçuşla bağlı təfərrüatlar açıqlanmayıb. Agentlik xatırladır ki, əvvəllər dəfələrlə təxirə salınmış uçuş sınaqlarının 2023-cü ilin dekabrında keçirilməsi planlaşdırılırdı.
2022-ci ilin sentyabrında Türkiyə Cənubi Afrikada keçirilən Afrika Aerokosmik və Müdafiə sərgisində qırıcının maketini təqdim etdi .
27 tonluq KAAN 17 kilometr hündürlüyə qalxa və 2 Mach-a qədər sürətlə hərəkət edə biləcək. Türkiyə bu gizli qırıcılardan 200-250 ədəd istehsal etməyi planlaşdırır.(publika.az)