Kremldən Putinin Türkiyəyə səfəri ilə bağlı TƏCİLİ AÇIQLAMA

0

Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıqlar davam edir, lakin hələlik dəqiq tarix yoxdur.

İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov fevralın 8-də keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

Kremlin rəsmi nümayəndəsi əlavə edib ki, tarix müəyyənləşən kimi bu barədə ayrıca məlumat veriləcək.

“Rusiyadakı seçki dövrü və Türkiyə liderinin gərgin qrafiki nəzərə alınmaqla vaxt seçilməlidir”, – deyə Peskov yekunlaşdırıb.

Məlumata görə, Vladimir Putinin səfəri zamanı dövlətlər arasında əməkdaşlığın iqtisadi aspektləri müzakirə olunacaq. Türkiyə tərəfi də öz növbəsində qaz məsələsi, “Akkuyu” AES-in tikintisi və Yaxın Şərqdəki vəziyyəti müzakirə etməyi planlaşdırır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »