Bayden təzyiq altındadır: İrana zərbə qərarı verəcək?

0

ABŞ-ın İordaniyadakı hərbi bazasına PUA hücumuna Ağ Evin cavabı İraq və Suriyadakı cavab hücumlarından daha güclü ola bilər.

İctimai Rəy xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi və Ağ Ev öz planlarını gizli saxlamağa çalışır:

“Bayden İordaniyadakı bazaya hücumlardan sonra təzyiq altındadır. Bəzi respublikaçılar ABŞ-ı İrana qarşı birbaşa cavab tədbirləri görməyə çağırıb. Bayden administrasiyası Suriya və İraqdakı İran silahlı qruplaşmalarına zərbələr endirməyi düşünür”.

Qeyd olunur ki, ABŞ son aylarda İran və Suriyadakı iranlı qrupların nümayəndələrinin silah anbarlarına dəfələrlə hücum edib, lakin bu, yaraqlıları dayandırmayıb.\\yenipress.az\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »