Türkiyə ilə bağlı VACİB QƏRAR

0

Kanada hökuməti Türkiyə ilə bağlı mühüm qərar verib.

İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, Kanada hökuməti pilotsuz uçuş aparatları (PUA) üçün avadanlıqlar da daxil olmaqla, Türkiyəyə silah ixracına qoyulan məhdudiyyətləri qaldırdığını açıqlayıb.

Belə ki, hökumətin rəsmi internet saytında ixracatçı şirkətlərə edilən açıqlamada məhdudiyyətlərin artıq qüvvədə olmadığı bildirilib.

“Reuters”in məlumatına görə, məhdudiyyətlərin qaldırıldığı siyahıya pilotsuz uçuş aparatının optik avadanlıqları da daxil edilib.

Qeyd edək ki, Kanada hökuməti 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olduğu üçün Türkiyəyə silah embarqosu qoyub. Bu embarqo qərarı səbəbiylə Kanada şirkətləri 250-300 milyon dollar arasında ziyana uğradı və məhsullarının yeganə istifadəçisi TUSAŞ olan “Telemus Systems” şirkəti 2021-ci ilin ilk 7 ayında heç bir gəlir əldə edə bilmədiyi üçün müflis oldu.

Xatırladaq ki, Ottava administrasiyası 2019-cu ildə Türkiyənin Suriyada hərbi əməliyyatına cavab olaraq ilk embarqonu başlatdı, lakin tərəflər arasında yüksək səviyyəli danışıqların nəticəsi olaraq 2020-ci ilin iyununda bu qərarından geri çəkildi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »