Pakistan Hərbi Hava Qüvvələri İranın Saravan şəhərində yerləşən obyektə zərbəsi endirib.
İctimai Rəy xəbər verir ki, raketin düşdüyü ərazidə yanğın baş verib.
Məlumata görə, Pakistanın hədəfi İslamabadın axtardığı terrorçu liderlərdən biri olub.
Qeyd edək ki, Pakistan ordusunun atdığı raket Pancur şəhərindən 200 km aralıda yerləşib. Baş verən partlayışlar nəticəsində 7 nəfər həlak olub. Onlardan 3-ü qadın və 4-ü uşaq olduğu bildirilir.
Məlumat üçün onu da bildirək ki, İran bir gün əvvəl Pakistanın Bəlucistan əyalətindəki hərbi hissəyə dronla hücum etmişdi. //Musavat.com//