Fransa erməniləri bu gün kədərli və şokdadırlar.
Bunu Fransanın “Le Figaro” qəzetinin direktor müavini Jan-Kristof Buisson Raşida Datinin Fransanın mədəniyyət naziri təyin edilməsini şərh edərkən bildirib.
O, Raşidanın anti-erməni mövqeyini xatırladıb.
Buisson postun altında o vaxtkı Fransa prezidenti Fransua Olland və Azərbaycan prezidenti İlham Əliyevin əks olunduğu foto yerləşdirib.
Şəkil on fransız deputat və senatorun Azərbaycan və Ermənistan arasındakı münaqişədə Azərbaycanın xeyrinə qərar qəbul etmək üçün prezident Ollandı BMT-də vasitəçiliyə çağırmasından sonra çəkilib.
“2016-cı ildə Raşida Dati bu bəyanatı imzalayaraq “Le Figaro” ilə söhbətində “yaxşı azərbaycanlılar pis ermənilərin qurbanı olub” demişdi. Fransa erməniləri bu gün kədərlidirlər”, – Buisson yazıb.
Görünür elə Busson özü də kədərlidir. Həm Rəşidənin təyinatından, həm də Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən. (Publika.az)