Türkiyədən Kabildə MÖHTƏŞƏM ƏMƏLİYYAT: Dünya türklərdən danışır

0

“Taliban”ın Kabilə daxil olmasından dərhal sonra Türkiyə Əfqanıstanda gizli təxliyə əməliyyatı keçirib.

İctimai Rəy Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Ankara təhlükəni əvvəlcədən müəyyən edərək, “Taliban”ın hədəfində ola biləcək nüfuzlu şəxslər üçün təxliyə planı hazırlayıb. Taliblər paytaxta daxil olandan dərhal sonra aralarında Əfqanıstanın Kəşfiyyat İdarəsinin rəhbəri, Xarici İşlər Nazirliyinin əməkdaşları və digər nüfuzlu siyasətçilər təxliyə olunmaq üçün Türkiyənin mühafizəçiləri tərəfindən Kabil hava limanına gətirilib. Yollarda və hava limanında izdiham olduğu üçün planı həyata keçirmək olduqca çətin olub.

Məlumata görə, insanlar Türkiyə təyyarəsinə yerləşdiriləndən sonra izdiham səbəbilə layner bir müddət qalxa bilməyib. Lakin, pilotlar insanların ABŞ təyyarəsinə yönəlməsini fürsət bilərək təyyarəni hava qaldırıblar. Çətinliklərə baxmayaraq təxliyə əməliyyatı uğurla başa çatıb. //Metbuat.az//

Leave A Reply

Your email address will not be published.

Tərcümə »