“ABŞ Ağ Evin hazırkı rəhbəri Co Baydenin siyasəti ucbatından ciddi problem yaşayır və cəhənnəmə düşüb”.
İctimai Rəy xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, ölkə ciddi bəla içindədir, qələbələrdən məhrum qalıb.
“ABŞ-da Baydenin fiziki və zehni qabiliyyətinə şübhə edənlərin sayı artıb”.
Bunu Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson deyib. Onun nöqteyi-nəzərindən Bayden son 3 il ərzində “deqradasiyaya uğrayıb”.
Ceksonun bildirdiyinə görə, dövlət başçısının ətrafında onun növbəti müddətə namizədliyini yersiz şəkildə dəstəkləyən insanlar var.
Bir gün əvvəl ABŞ-da bəzi respublikaçılar partiyadaşlarını Baydenə qalib gəlmək üçün Trampın ətrafında birləşməyə çağırıblar. Belə bir açıqlama ilə Kanzasdan olan respublikaçı senator Rocer Marşall çıxış edib.\\musavat.com\\