Almaniya müdafiə naziri Boris Pistorius Kiyevə elan olunmamış səfərə gəlib.
İctimai Rəy xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Pistorius səfər zamanı Ukrayna Prezidenti Vladimir Zelenski, müdafiə naziri Rüstəm Umerovla görüşəcək.
Almaniyalı nazirin Kiyevə bu gün səhər gəldiyi bildirilib.