Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ Dövlət katibi Entoni Blinkeni qucaqlamaqdan imtina etməsinə səbəb Amerika diplomatiya rəhbərinin bir qədər əvvəl göstərdiyi nəzakətsizlik olub.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
Məlumata görə, Fidan və Blinkenin görüşündən kadrlar Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunur:
“Görüşdə əl sıxışmadan sonra Blinken bir addım irəli ataraq Fidanı qucaqlamağa çalışsa da, türkiyəli nazir bir addım geri çəkilərək dövlət katibinin əlini sıxmağa davam edir. Blinkenin maşını Türkiyə XİN-in binasına çatanda Fidan maşından düşüb nazirliyin qapısı qarşısında dayanır – hər gələn qonağı nazir belə qarşılayır. Telefonla danışan Blinken maşından düşməyincə Fidan binaya qayıdıb. Fidan Blinkenin diplomatik nəzakətsizliyinə cavab olaraq ABŞ dövlət katibinin onu qucaqlamaq cəhdini rədd edib”.