İsrail qəzzalılara 4 saat vaxt verdi

0

İsrail ordusu Qəzza zolağının şimalındakı sakinlərə anklavın cənubuna təhlükəsiz şəkildə təxliyəsi üçün daha dörd saat vaxt verdiyini bildirib.

İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmisi Avixay Edri X sosial şəbəkə hesabında yazıb.

“Bu gün İsrail ordusu yenidən Səlahəddin yolunda (Şimal və Cənub Qəzza arasında) saat 10:00-dan 14:00-a qədər (Bakı vaxtı ilə 12:00 və 16:00) hərəkətə icazə verəcək. Özünüzün və yaxınlarınızın qayğısına qalırsınızsa, o zaman İsrail ordusunun verdiyi göstərişlərə əməl edərək cənub bölgəsinə keçin”, – o bildirib.

Edri qeyd edib ki, HƏMAS davam edən humanitar səylərə zərər verir və Qəzzadakı mülki əhalidən canlı qalxan kimi istifadə edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »