Amerikanın “Boinq” korporasiyası idarə olunmayan bombaların və dəqiq idarə olunan sursatların modifikasiyası üçün İsrailə tez bir zamanda 1,8 min dəst tədarük edəcək.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” ABŞ Konqresinin adı açıqlanmayan üzvlərinə və amerikalı rəsmiyə istinadən məlumat yayıb.
“Pentaqon avadanlıqların ötürülməsi üçün yardım göstərib, lakin öz hərbi nəqliyyat təyyarələrini cəlb etməyib. Bu avadanlıq göndərilməsi 2021-ci ildə razılaşdırılmış təxminən 735 milyon dollar dəyərində JDAM tədarüklərinin bir hissəsidir. Müqavilənin şərtlərinə görə, dəstlərin daşınması bir neçə il davam etməli idi. Lakin HƏMAS yaraqlılarının İsrailə son hücumundan sonra onun qrafiki sürətləndirilib. Dəstlər 500 funt (227 kq) və ya daha çox ağırlığında bombaları modifikasiya etmək üçün lazımdır. Avadanlıqları quraşdırdıqdan sonra onlar 24 kilometrə qədər məsafədə hədəfləri vura bilir, bombaların hədəfdən yayınma ehtimalı isə 5-30 metrdir”, – məlumatda deyilir.