Bu gün Ukrayna ordusu ilhaq edilən Krım yarımdasında Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sistemini sıradan çıxarıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Avqustun 23-də saat 10:00-da Tarxankut burnunun Olenevka kəndi yaxınlığında Rusiyaya məxsus S-400 “Triumf” raket buraxılış qurğusu, eləcə də işğalçıların şəxsi heyəti tamamilə sıradan çıxarılıb”, – açıqlamada deyilir.
Qeyd edək ki, S-400 Rusiyanın istifadə etdiyi ən güclü hava hücumundan müdafiə sistemidir. Sistemin ölkə daxilində qiyməti 200 milyon dollar, ixrac qiyməti isə 500 milyon dollardır.