Hindistanda tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 26 işçi həlak olub.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, daha 2 nəfər yaralanıb.
Qəza Mizoram ştatının şimal-şərqindəki Sayranq şəhərində baş verib. Media körpünün çökdüyü zaman ərazidə 40-a qədər işçinin olduğunu bildirsə də, polis orada 28 işçinin olduğunu açıqlayıb.
Məlumata görə, xilasedicilər indiyədək 13 cəsədi çıxara biliblər. Qalan cəsədləri çıxarmaq üçün səylər davam edir.