“Bəzi Qərb ölkələrinin dünyada öz hegemonluğunu saxlamaq istəyi Ukraynada ağır böhrana səbəb oldu”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərəkətləri yalnız Qərbin başlatdığı müharibəni dayandırmaq cəhdi ilə izah oluna bilər: “Rusiya BRİKS daxilində Ukraynadakı münaqişənin həllinə kömək etməyə çalışan tərəfdaşlarına minnətdardır”.