Qərb Rusiyanın məğlub olmasından niyə qorxur?

0

Ukraynanın Qərb tərəfdaşlarına izah etmək lazımdır ki, Rusiyanın məğlubiyyəti daha yaxşıdır, nəinki onun qorunub saxlanması.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Avro-Atlantik Əməkdaşlıq İnstitutunun siyasi analitiki Vladimir Qorbaç deyib.

“Diplomatik və siyasi iş aparılmalıdır. Biz arqumentlər tapmalıyıq, göstərməliyik ki, Rusiyanın məğlubiyyətindən sonra vəziyyət yaxşılaşacaq”, – Qorbaç bildirib.

Siyasi analitikin fikrincə, Qərbdə Rusiyanın məğlubiyyətinin nüvə silahı və eskalasiya üzərində nəzarətin itirilməsinə səbəb olacağından qorxurlar:

“”İzahat etmək lazımdır ki, Rusiya Federasiyasının indiki vəziyyətdə saxlanması daha böyük bəladır”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »