Zelenski nazir və generallarla iclas KEÇİRDİ

0

Avqustun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Şurasının iclasını keçirib.

Modern.az xəbər verir ki bu barədə o, özünün “Telegram” kanalında paylaşım edib.

Zelenski bildirib ki, toplantıda xüsusi diqqət tələb edən bir çox məsələlər müzakirə olunub:

“Biz yüksək dəqiqlikli silahların istifadəsindən danışdıq. İndi detalları səsləndirməyin vaxtı deyil. Amma nəticələrdən razıyam”.

O qeyd edib ki, həmçinin “Taxıl sazişi”nin gələcək perspektivi müzakirə olunub: “Biz dünya qarşısında məsuliyyəti dərk edirik. Hərbi sənayenin inkişafı da diqqətimizdə oldu”.

İclasda nazirlər və generallar iştirak edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »