Rusiyanın tam miqyaslı işğalı dövründə Ukrayna ərazisinə azı 1 961 ədəd İran istehsalı “Şahid” dronları buraxıb.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski bildirib ki, dronların əksəriyyəti müdafiə qüvvələri tərəfindən vurulub:
“Təəssüf ki, hamısını yox. Biz daha çox vurmaq üçün çalışırıq. Daha çox hava hücumundan müdafiə sistemlərinə malik olmaq üçün işləyirik”.