ABŞ hakimiyyəti sentyabr ayında Amerikanın Abrams tanklarının Ukraynaya çatdırılmasına başlamaq niyyətindədir.
Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Avqustda Almaniyaya bir neçə “Abrams” tankının göndərilməsi planlaşdırılır və burada onlar son modernləşdirmədən keçəcəklər. Bu proses başa çatdıqdan sonra Abrams-ın ilk partiyası gələn ay Ukraynaya göndəriləcək”, – mənbələr nəşrə bildiriblər.