Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar yeni anti-Rusiya sanksiyalar paketi çərçivəsində mühərrik həcmi 1,9 litrdən çox olan, hibrid mühərrikli avtomobillərin, habelə yük avtomobili təkərlərinin Rusiya Federasiyasına ixracını qadağan etmək qərarına gəlib.
Bu barədə jurnalistlərə ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nisimura məlumat verib.
“Məhdudiyyətlər avqustun 9-dan qüvvəyə minəcək. Nişimura bildirib ki, Yaponiya beynəlxalq ictimaiyyət və G7 ölkələri ilə yaxından işləməyə davam edərək Rusiyaya qarşı qoyulan məhdudiyyətlərə ciddi şəkildə əməl etmək üçün lazım olan hər şeyi edəcək.