Rusiyaya qarşı 11-ci sanksiyalar barədə razılıq əldə olundu

0

Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, yeni paketə 70 fiziki və 30 hüquqi şəxsin adı, Drujba neft kəmərinin şimal qoluna qarşı məhdudlaşdırıcı tədbirlər daxildir.

“Bu gün Aİ səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Paketə sanksiyalardan yayınma və fərdi siyahıların qarşısının alınması tədbirləri daxildir”, – İsveçin Aİ Şurasındakı nümayəndəliyi “Twitter”də bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »