Dünya Bankı Ukraynaya 1,75 milyard dollarlıq yeni yardım elan edib

0

Dünya Bankı Ukraynaya 1,75 milyard dollar məbləğində yardım ayırdığını açıqlayıb.

Bu barədə təşkilatın bəyanatında deyilir.

Yardım paketinə Böyük Britaniyanın zəmanəti ilə maliyyə qurumundan 500 milyon dollarlıq kredit, 1,25 milyard ABŞ dolları məbləğində qrant və Finlandiyadan 15 milyon dollar məbləğində qrant daxildir.

Kiyev onlardan pensiyaların ödənilməsi, sosial yardım proqramlarının həyata keçirilməsi və dövlət işçilərinə maaşların ödənilməsi üçün də istifadə edəcək.

Keçən ilin iyun ayından bu yana Dünya Bankı yardım proqramı çərçivəsində Kiyevə artıq 19,745 milyard dollar ayırıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »