“Rekordçu” generallar: Muradov və Lapin nələr itirib?

0

Ötən ilin mayında Severski Donets çayını keçərkən 75-dən çox texnikanın itirilməsində ən böyük günahkar general-polkovnik Aleksandr Lapindir.

Axar.az xəbər verir ki, bu barədə “Vaqner” özəl hərbi şirkətinə yaxınlığı ilə bilinən “Grey Zone” adlı Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Lapin həmin vaxt Mərkəz Ordu Qruplaşmasına rəhbərlik edirdi. Lapinin qruplaşmasını darmadağın edən isə Ukrayna Silahlı Qüvvələrinin 80-ci əlahiddə desant-hücum briqadası olub.

Bundan başqa, rus blogerlər Lapini rus ordusunun İzyum, Liman və Balakleya yaxınlığındakı məğlubiyyətlərində və Ukraynanın rus ordusunun 200-dən çox texnikasını ələ keçirdiyi Xarkov bölgəsindən geri çəkilməkdə günahlandırlar. Bu məğlubiyyət nəticəsində Rusiyanın Belqorod vilayəti hazırda daim atəşə tutulur.

“Əgər Lapin 300-dən çox texnika atıb qaçıbsa və ya itiribsə, deməli, “rekordçu”dur və general-polkovnik Rüstəm Muradovu qabaqlayıb. Bu ilin fevralında Muradov Uqledar yaxınlığında ordunu minalanmış sahəyə və Ukrayna artilleriyasının ortasına ataraq 3 gün ərzində iki elit dəniz piyadaları briqadasını, 103 texnika, o cümlədən 36 tank itirdi. Bundan əvvəl Muradov Pavlovka yaxınlığında da məğlubiyyətə uğrayaraq öz briqadasının texnikasının 50 faizini itirmişdi. Beləliklə, Muradov azı 200 texnika itirib. Muradov vəzifəsindən kənarlaşdırıldı, çünki o əsgəri ölümə göndərməyə əmr edən ağıldankəm axmaq idi”, – bildirilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »