Rusiya İnsan Hüquqları Təşkilatları Alyansının Avropa Şəbəkəsindən çıxdı

0

Rusiya Baş Assambleyanın növbədənkənar iclasında Milli İnsan Hüquqları Təşkilatlarının Qlobal Alyansının (GANRI) Avropa Şəbəkəsindən çıxdığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova öz teleqram kanalında yazıb.

Ombudsman bu qərarın səbəbini İnsan Hüquqları Təşkilatlarının Qlobal Alyansının İdarə Heyəti üzvlərinin “kollektiv Qərb”in siyasi vəziyyətindən asılılığı, rusofobiya və bir sıra pozuntulara məhəl qoymaması adlandırıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »