New York əyalətinin qubernatoru Andrev Cuomo -ya qarşı başladılan istintaqda, Cuomonun öz ofisində çalışanlar da daxil olmaqla bir çox qadına cinsi təcavüz etdiyi müəyyən edilib.
İctimairey.Az System.String-ə istinad edərək xəbər verir ki, araşdırmanın nəticələrini məhkəməyə təqdim edən vəkili Letitia James Cuomonun federal və əyalət qanunlarını pozduğunu söyləyib. Keçən il bir çox qadın Cuomo -nu cinsi istismar etməkdə günahlandırmışdı.Vali isə heç kimlə yersiz, razılıqsız əlaqə qurmadığını və istefa vermək çağırışlarını rədd etdiyini bildirib.
İstintaqın gedişində 200 qadın dindirilmiş, on minlərcə fakt, mesaj, foto araşdırılıldıqdan sonra, vali Andrev Cuomonun federal və əyalət qanunlarını pozaraq bir çox qadına cinsi təcavüz etdiyi qənaətinə gəlinib. Prokuror bəzi qadınların Cuomonun hiyləgər olduğunu, təcavüzlə yanaşı iş yerində düşmən kimi kobud, zəhərli bir mühit yaratdığını da söylədiyinə əsaslanaraq, onun günahkar olduğunu bildirmiş. Hazırda araşdırmalar davam edir.
Esmira ŞÜKÜROVA
İctimairey.Az