Martın 13-dən 14-ə keçən gecə İranın bir neçə şəhərində yenidən etiraz aksiyaları başlayıb.
Axar.az xəbər verir ki, Tehran, Məşhəd, Sənəndəc, Məlayir və Soyuqbulaq (Mahabad) şəhərlərinin küçələrində nümayişlər keçirilib.
Etirazçılar “Ölüm olsun edam respublikasına”, “Biz yenidən qayıtdıq, inqilab davam edir”, “Ölüm olsun Xameneiyə” və başqa şüarlar səsləndiriblər.