Ali məktəblərdə dövlət imtahanını nə əvəzləyəcək? – Rəsmi CAVAB

0

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə ali məktəblərdə dövlət imtahanının ləğv olunduğunu bildirib.

 

Dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunduğuna görə, bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər.

Bu mövzu ilə bağlı sosial şəbəkələrdə tələbələr dövlət imtahanının ləğv olunduqdan sonra nə ilə əvəzlənəcəyi barədə müzakirələr aparırlar.

Bəs bundan sonra tələbələr hansı sistemlə ali təhsilini bitirib diplom alacaq? Yəni dövlət imtahanı olmayacaqsa, bəs onu nə əvəzləyəcək?

Elm və Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsilin bakalavriat səviyyəsində müvafiq ixtisas üzrə Yekun Dövlət Attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur.

Nazirlikdən deyilib ki, 2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi (təxminən yarısı) təcrübə ilə başa çatır. Hər bir ixtisas üzrə daha dəqiq məlumat əldə etmək üçün tələbələr müvafiq ali təhsil müəssisəsinə müraciət edə bilərlər.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »