Türkiyə F-16-lardan imtina edir?

0

Türkiyə F-16-ları almaqdan imtina edə və Rusiyadan olan qırıcıları nəzərdən keçirə bilər.

Bunu Türkiyə Prezidenti yanında təhlükəsizlik və xarici siyasət şurasının üzvü Çağrı Ərhan deyib.

“İnanıram ki, zəlzələlərdən sonra Türkiyə F-16 tələbindən imtina edəcək, çünki qiyməti 20 milyard dollardır”, – o bildirib.

Ərhan qeyd edib ki, Ankara Vaşinqtondan F-16-ları istəməklə səhv edib:

“ABŞ Konqresi hələ də müəyyən bəhanə ilə Ankaranı qırıcılarla təmin etməkdən imtina edir. Türkiyə F-16 ilə bağlı fikrini dərhal dəyişməlidir. Başqa variantlar da var, Pakistana satılan Çin təyyarəsi, Rusiya təyyarəsi, eləcə də “Eurofighter” qırıcısı”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »