İran polisi etnik bəluçu döyərək öldürdü

0

İranda etnik bəluçların yaşadığı Zahidan şəhərində gənc həkim İbrahim Rigi polis bölməsində döyülərək öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumatda fevralın 23-də polis tərəfindən saxlanılaraq bölməyə aparılan gənc həkimin işgəncə altında həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, İbrahim Rigi oktyabr ayında etiraz aksiyalarına qoşulduğu üçün həbs edilmiş və yanvarın 1-də girov qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »