Abdullahian Moskvaya gedir

0

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yaxın zamanda Moskvaya səfər edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bildirib. Qeyd olunub ki, Tehran və Moskva qlobal enerji bazarında balans yaradılması üçün mühüm rol oynaya bilər.

XİN sözçüsü həmçinin vurğulayıb ki, görüş zamanı İran və Rusiya arasında ikitərəfli münasibətlər, ölkələrin iqtisadiyyat, ticarət, sənaye, energetika və nəqliyyat, eləcə də bank-maliyyə sektorlarında əməkdaşlığı barədə məsələlər müzakirə olunacaq.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »