Fransa AB-nin Ermənistanda yeni mülki missiyasında iştirak etməyə hazırdır.
Bu sözləri Fransanın XİN rəhbəri Ketrin Kolonna qeyd edib.
“Bu, çox vacib qərardır və Fransa Avropanın bu missiyasında iştirak etməyə şad olar”, – o qeyd edib.
Xatırladaq ki, AB Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa Birliyinin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın mandatı 2 il olacaq.
Bəzi ekspertlər AB-nin bu “mülki missiyası”nın 200 nəfərlik heyətinin sabiq hərbçilərdən təşkil olunduğunu və Ermənistana Qərb hərbi kontingentin yerləşdirilməsinə hazırlıq görüldüyünü bildirir.