İrandan kənarda yaşayan 41 tanınmış siyasətçi və alim Tehran rejiminin BMT-dəki nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması tələbi ilə 11 Qərb ölkəsinə müraciət məktubu ünvanlayıb.
Müraciətçilər Qərb ölkələrinin rəhbərlərindən İran nümayəndə heyətinin fəaliyyətinin dayandırılması üçün BMT-dəki səfirlərinə göstəriş vermələrini istəyiblər.
“İran hakimiyyətinin narazılara qarşı repressiyalarını, beynəlxalq öhdəliklərinə əməl etməməsini, Baş Assambleyanın daxili nizamnaməsinə və prosedur qaydalarına istinad edərək, BMT-nin məqsədlərinə etinasız yanaşdığı səbəbindən İran nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasını tələb edirik”, – müraciətdə bildirilib.
Müraciətçilər arasında nüfuzlu Güney azərbaycanlı siyasətçi Həsən Şəriətmədarinin də olduğu bildirilib.