Avropanın aparıcı ölkələri ksenofobiya, islamofobiya ilə zəhərlənib

0

İsveçin paytaxtı Stokholmda müqəddəs Kitabımız “Qurani-Kərim”in Türkiyə səfirliyinin önündə yandırılması bütövllükdə Avropa (Qərb) sivilizasiyasının mənəvi deqradasiyasının göstəricisidir. Bu, sadəcə islamofobiya, türkofobiya deyil.

Cəmiyyətə sözün yaxşı mənasında örnək olmalı olan bir siyasətçi və ya yazıçı müsəlmanlara nifrət əlaməti olaraq ilahi kitabımızı yandırırsa, bu, 30 il davam edən işğal dönəmində ermənilərin məscidlərimizə, qəbristanlıqlarımıza, dini ziyarətgahlarımıza, tarixi-mədəni abidələrimizə qarşı zorakılığının səbəblərini anlamağımıza da kömək edir. Erməni vandalizmi ilə “Qurani Kərim”i yandıran isveçli zehniyyətinin heç bir fərqi yoxdur.

İsveçin baş naziri Ulf Kristerssonun “Qurani Kərim”in yandırılmasına münasibət bildirərək sosial mediadakı paylaşımında bu hərəkəti qınaması və bütün müsəlmanlara üzrxahlığını bildirməsi mahiyyəti dəyişmir. Avropanın aparıcı ölkələri ksenofobiya, islamofobiya ilə zəhərlənib. Səlibçilik başqa formalarda davam edir. Bu isə dünyanın gələcəyi üçün böyük təhlükə mənbəyidir. Müsəlman dünyası bu təhdidlər qarşısında ayıq-sayıq olmalı və həmrəylik nümayiş etdirməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »