Rusiya-Qərb münasibətləri düzəlməyəcək – Baş katib
Ukraynadakı müharibə bitsə belə, Rusiya-Qərb münasibətləri düzəlməyəcək.
Bunu NATO Baş katibi Yens Stoltenberq “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.
“Əvvəlki kimi olmayacaq. Ukraynada silah səsləri sussa belə, biz Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləmirik”, – deyə Stoltenberq bildirib.
O vurğulayıb ki, Qərb böyük resursa sahib olsa da, Rusiyanı gözündə kiçiltməməlidir.