Belarus Rusiyadan milyardlarla dollarlıq borclara görə möhlət istəyir

0

Belarus Rusiyadan yeni borclar almağı planlaşdırmır, borcun yenidən maliyyələşdirilməsi imkanları müzakirə edilir.

“Report” xəbər verir ki, bu barədə yanvarın 15-də Belarusun maliyyə naziri Yuri Seliverstov “Belarus-1” telekanalına müsahibəsində bildirib.

“Söhbət borclanmanın artırılmasından deyil, artıq mövcud olan borcların yenidən maliyyələşdirilməsindən gedir”

Həmçinin qeyd olunub ki, Belarus Maliyyə Nazirliyi 2023-cü ildə Rusiya ilə birlikdə milliüstü vergi komitəsi yaratmağı planlaşdırır.

Qeyd edək ki, Dünya Bankının 2021-ci il üçün məlumatlarına görə, Belarus Banqladeşi və Hindistanı geridə qoyaraq Rusiyanın ən böyük borclusuna çevrilib. Son bir ildə Minskin Moskvaya borcu 1,9 % artıb, ümumi məbləğ 8,5 milyard dollara çatıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »