Rusiyada 3 uşaq yanaraq ölüb

Rusiyanın İrkutsk şəhərində ikimərtəbəli evdə yanğın olub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 3 uşaq ölüb.

Yanğının ümumi sahəsi 72 kvadratmetr olub. İlkin məlumata görə, yanğın naqillərlə ehtiyatsız davranma səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Comments are closed.

Tərcümə »