Zelenski azad edilmiş ərazilərin sayını AÇIQLADI

0

“Müharibə başlayandan Ukraynanın 1800-dən çox şəhər və kəndini işğalçılardan azad edə bildik”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, Ukraynaya dəstək verən ölkələrə təşəkkür edib və ordunun əldə etdiyi yeni silahlar sayəsində uğurlu əks-hücum əməliyyatları həyata keçirdiyini bildirib.

Prezidentin sözlərinə görə, müharibənin başladığı 24 fevraldan bu günə kimi Rusiya tərəfi ilə əsir mübadiləsi nəticəsində Ukraynanın 1456 hərbçisi əsirlikdən azad edilib.

“Biz ərazi bütövlüyümüzü bərpa etməli olduğumuz kimi, sosial müdafiəni də bərpa etməliyik”, – Zelenski deyib.

O, eyni zamanda vurğulayıb ki, Ukrayna xalqı çoxdan arzuladığı qələbəyə doğru irəliləməkdə davam edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »