“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının rəhbərliyi Avropaya işgüzar səfər çərçivəsində Niderland Krallığında fəaliyyət göstərən Life24 Media Qrupu Yönetim Kurulu Başkanı Drs. İbrahim Karamanla görüş keçirilib.
Görüşdə “Dayaq” Təşkilatının sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov, təşkilatın hüquq departamentinin rəhbəri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vüsal Səfərov, Gənclərin İnkişafına Dəstək İctimai Birliyi nin sədri Məhəmməd Məmmədov, Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congress nin sədri Elsevər Məmmədov, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Mayisə Ağamirzəyeva və diaspor fəalları iştirak edib.
Görüş zamanı birgə əməkdaşlıq, gələcək perspektivlər və imkanlar haqqında geniş müzakirə edilib.
Sonda “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən Niderland Krallığında fəaliyyət göstərən “Life24” Media Grupu Yönetim Kurulu Başkanş rəhbəri Drs. İbrahim Karaman 44 günlük vətən müharibəsi dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi əvəzsiz xidmətlərə görə Fəxri Fərmanla təltif edilib.