Bu şəxslərin maaşına 800 manat əlavə edilir

0

Fəaliyyətimizin əsas məqsədi tabeli tibb müəssisələrində tibbi xidmətlərin təşkili və keyfiyyətin yüksəldilməsidir.

Axar.az xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Tibbdə müasir keyfiyyət mərhələsi – Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, TƏBİB-in tabeliyində inzibati ərazi vahidləri üzrə qruplaşdırılan 13 tibbi ərazi bölməsi fəaliyyət göstərir:

“Bu tibbi müəssisələr Gəncə, Bakı, Sumqayıt, Bərdə-Yevlax, Şəki-Zaqatala, Göyçay-Kürdəmir, İmişli-Sabirabad, Lənkəran, Şəmkir-Tovuz, Dağlıq Şirvan, Quba-Xaçmaz, Cəlilabad-Salyan, Ağdam-Ağcabədidədir.

Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri (TƏBİB-in tabeliyində olan tibb müəssisələri) tərəfindən icbari narkoloji müayinədən keçirilirlər.

Hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olmuş, çağırış üzrə hərbi xidmət keçən və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də TƏBİB ilə razılaşdırılmaqla hərbi-həkim komissiyaları yaradıla bilər”.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunur. Bundan əlavə ixtisaslı həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir. Tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə 1-1.5 intervalında əmsallar tətbiq edilir. Bununla da ixtisaslı həkimlərə ödəniləcək əmək haqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edir. Eyni zamanda, ailə həkimlərinə ödənilən aylıq sabit həvəsləndirici əlavənin məbləği artırılaraq 500 manata çatdırılmışdır. Artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur. Səhiyyə işçilərinin əmək haqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanır”, – o bildirib.

V.Qurbanov həmçinin, beynəlxalq əməkdaşlıq layihələrindən də söz açıb:

“ÜST, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Uşaq Fondu (UNICEF), Avropa İttifaqı, BTM-nin Əhali Fondu (UNFPA) və Dünya Bankı ilə ilkin səhiyyə və təcili tibbi yardım xidmətlərinin, eləcə də infeksion nəzarətin gücləndirilməsi, vaksinasiyaya dəstək, ana və uşaq sağlamlığına diqqətin artırılması və s. istiqamətlər üzrə müxtəlif layihələr icra olunmuş və icra olunmaqdadır”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »