Ukraynada gedən döyüşlərdə azərbaycanlı Ruslan Bayramov həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edək ki, Ukrayna vətəndaşı olan 1993-cü il təvəllüdlü Ruslan Hüseynqula oğlu Bayramov Gürcüstanın Bolnisi bələdiyyəsinin Faxralı kəndində anadan olub.
Luqansk vilayətində yaşayan R.Bayramov Ukrayna Silahlı Qüvvələrinin 59-cu radio-kəşfiyyat taqımının operatoru kimi xidmət edib.
O, Nikolayev vilayətinin Ternovıy Podı rayonunda Rusiya tərəfinin hücumu nəticəsində həlak olub
Əlavə edək ki, hazırda R.Bayramovun valideynlərinin Ukraynada yaşadıqları ərazi işğal altındadır.