Masazırda şagirdi sinif yoldaşının ailəsi döydü

0

Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid adına 1 saylı orta məktəbin şagirdi döyülüb.

Bu barədə şagirdin atası Möhübbət Şirinov Faktmedia.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 13 yaşlı övladı Vüsal Şirinovu sinif yoldaşının valideynləri döyüb.

“Oğlumla sinif yoldaşı arasında mübahisə düşüb. Hadisədən sonra sinif yoldaşının atası, dayısı, bir də başqa şəxs Vüsalı döyüblər. Oğlum avtobus gözləyirmiş. Maşına mindirmək istəyəndə qaçıb. Uşağın başını yarıblar”, – atası bildirib.

Ailə hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »