ABŞ İranın hərbi bazasına güclü zərbə endirib, raket və sursat anbarlarını məhv edib.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Deyr əz-Zor yaxınlığındakı İran hərbi bazasına bir sıra raket zərbələri endirib və İran tərəfindən Suriyaya qaçaqmalçılıq yolu ilə gətirilən raket arsenalını məhv edib. ABŞ döyüş təyyarələrinin İran ordusu, Livanın “Hizbullah” qruplaşması və əfqan şiə qruplaşması Liva Fatimiyunun mövqelərinə hücum edib.
Video görüntülərdə ABŞ döyüş təyyarələrinin İran hərbi bazasına hücumu əks olunub. Bir sıra partlayışlar silah və sursat anbarlarının məhv edildiyini göstərir. İranın hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyaları olmasına baxmayaraq, bir dənə də olsun Amerika hərbi təyyarəsi hücuma məruz qalmayıb.
Hazırda ölən 6 əsgər və bir neçə yaralı məlumdur, iranpərəst qruplar isə itkilərlə bağlı məlumatı hələ şərh etməyiblər.
Qeyd edək ki, zərbə ABŞ prezidenti Co Baydenin özünün göstərişi ilə həyata keçirilib və ABŞ Hərbi Hava Qüvvələrinin yaxın gələcəkdə İranyönlü hədəflərə zərbələr endirəcəyi gözlənilir.