Polis polkovnik-leytenantı məktəbli sevgilisini vəhşicəsinə öldürdü

Rusiyanın Samara vilayətində dəhşətli qətl hadisəsi baş verib.

İctimairəy.az Rusiya KİV-ə istinadən xəbər verir ki, vilayətin polis polkovnik-leytenatı 9-cu sinif şagirdi olan qızı qətlə yetirib. İlkin məlumata görə, polis 15 yaşlı qızla sevgili olub. Qız atası ilə birlikdə yaşayırmış. Polis onunla tez-tez avtomobildə görüşürmüş.

Yeniyətmə qız onunla münasibətləri barədə hamıya deyəcəyi ilə hədələyib. Bu səbəbdən polkovnik-leytenant onu qətlə yetirmək fikrinə düşüb. Avtomobildə qızı qətlə yetirən polis hadisənin yol qəzası olması görüntüsü yaratmaq istəyib.

Həmin şəxs saxlanılıb, hüquq mühafizə orqanlarından xaric edilib.

İctimairəy.az

Comments are closed.

Tərcümə »