Pakistanın xarici işlər naziri Şah Mahmud Qüreyşi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna Türkiyədəki yanğın böhranı ilə bağlı başsağlığı verib.
İctimairəy.az xəbər verir ki, Şah Mahmud Qüreyşi bu barədə rəsmi Tvitter səhifəsində paylaşım edib.
“Pakistan meşə yanğınları nəticəsində can və mal itkisi ilə əlaqədar olaraq Türkiyə hökumətinə və türk qardaşlarımıza başsağlığı və dəstək verir”, – nazir qeyd edib.
Çavuşoğlu dəstəyinə və həmrəyliyinə görə Qüreyşiyə təşəkkürünü bildirib.
İctimairəy.az