Ukrayna Müdafiə Nazirliyi Polşa ilə “birgə əməliyyatlar” elan edib

0

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski bazar ertəsi “The Telegraph” qəzetinə bildirib ki, Kiyev Varşava ilə “birgə əməliyyatlar” keçirir. Onun sözlərinə görə, Polşadan Ukraynaya hərbi yardım demək olar ki, 90%-ə çatır.

“Polşa ilə əməkdaşlıq çox yüksək səviyyədədir, hərbi yardımın demək olar ki, 90%-i oradan gəlir. Söhbət tərəfdaşlarımızla çox sıx əməkdaşlıqdan və birgə əməliyyatlardan gedir”, – Skibitski bildirib.

O, həmçinin qeyd edib ki, hərbi kəşfiyyat sahəsində “məlumatdan tutmuş texnikaya qədər demək olar ki, hər şey” ABŞ və Böyük Britaniya tərəfindən verilir.

Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Qərb tərəfdaşlarına dəstəyin növlərini təfərrüatlı açıqlamayıb, lakin yardımın “real vaxt rejimində hər cür və hər dəqiqə məlumatı təmin etməkdən ibarət olduğunu vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »