“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan sənədli filmlərin büdcə dəyəri açıqlanıb

0

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan sənədli filmlərin büdcə dəyəri açıqlanıb.

İctimairey.az xəbər verir ki, bu barədə “Azərbycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” tammetrajlı bədii film ssenari müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirin mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, “Görünməyən qəhrəmanlar-2” sənədli filmlər silsiləsi üçün 246 min 510 manat, “Görünməyən qəhrəmanlar-3” sənədli filmlər silsiləsi üçün 114 min 400 manat, “ANAMA” səndəli filmi üçün 141 min 100 manat, “Mehmandarovlar” bədii-sənədli filminə 93 min 250 manat və “İNTERACT FİLM LAB” təlim layihəsinə isə 385 min 270 manat vəsait xərclənib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »