Azərbaycanın Türkiyəyə yardım üçün göndərdikləri – SİYAHI

0

Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb.

İctimairəy.az APA-ya istinadən xəbər verir ki, heyət AZAL-ın təyyarələri ilə Türkiyə Respublikasına yola salınıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, nazirliyin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər və digər lazımi avadanlıq və ləvazimatlar qısa zamanda qardaş Türkiyəyə çatdırılacaq.

E. Mirzəyev bildirib ki, hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər əməkdaşı Türkiyəyə yola düşür:

“Bildiyimiz kimi, bu gün Türkiyədə güclü yanğınlar müşahidə olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Türkiyədə baş verən yanğınlarda həlak olan şəxslərin yaxınlarına başsağlığı verib”.

O vurğulayıb ki, Türkiyənin kədəri Azərbaycanın kədəridir: “Azərbaycandan iki helikopter və 500 nəfərdən artıq canlı qüvvə və 50-dən artıq texnika hazır vəziyyətdədir”.

İctimairəy.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »