Ölüm hökmü Kerec şəhərinin həbsxanasında icra olunub
İran qətl və zorlamada təqsirli bilinən 10 nəfərə qarşı edam hökmünü icra edib.
HRANA hüquq müdafiə təşkilatının məlumatına görə, ölüm hökmü iyunun 29-da Rejai Şehr həbsxanasında (Karec şəhəri, Əlborz stanı) həyata keçirilib.
Edam edilənlərdən 8-i qətldə, qalanları isə zorlamada təqsirli bilinib.
İran rəsmiləri hələlik xəbərlərə münasibət bildirməyib.
Beynəlxalq insan haqları təşkilatı Amnesty International-ın mayın 24-də açıqladığı hesabata görə, 2021-ci ildə İranda 314 nəfər edam edilib.
İran Çindən sonra ən çox edam edilən ölkələrdən biridir.